01 iyul 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu”nun növbəti fiziki görüşü keçirilib.
Görüş zamanı “Beynəlxalq sanksiyalar” mövzusuna dair geniş tərkibdə praktiki yanaşmaların müzakirəsi, müvafiq mövzular barədə fikir mübadiləsi aparılıb. Əlavə olaraq görüşdə Komplayns Ekspert Qrupunun nümayəndələri tərəfindən hazırlanan tövsiyə sənədinin yenilənməsinə və digər aktual məsələlərin ən qısa zamanda görüşərək müzakirə edilməsinə qərar verilib.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.