Home » Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyi göstərilir

Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyi göstərilir

by bbnadm
0 rəy 0 baxış 4 dəqiqə oxuma

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, 14 aprel tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 10.914 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 16.502 fərdi (mikro) sahibkar, cəmi 27.416 vergi ödəyicisi müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi layihəsi çərçivəsində müraciət etmiş 10.914 vergi ödəyicisində çalışan muzdlu işçilərin sayı 124.510 nəfərdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu müraciətlərdən 78.068 işçini əhatə edən 8.487 vergi ödəyicisinin müraciətləri araşdırılaraq təsdiq edilib və ayrılacaq maliyyə vəsaitinin vergi ödəyicilərinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 33,78 mln. manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 16,9 mln. manat təşkil edir. Aprelin 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 2.636 vergi ödəyicisinə 24.463 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 5,31 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 16.502 vergi ödəyicisindən müraciət daxil olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 15.689 müraciət araşdırılaraq təsdiq edilib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib.Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 15,48 mln. manattəşkil edir. Aprelin 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən maliyyə dəstəyi çərçivəsində 3,53 mln. manat vəsaitin 3.041 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Müraciətlərin operativ qaydada araşdırılması üçün müvafiq işçi heyət intensiv olaraq çalışır və bu barədə ictimaiyyətə gündəlik məlumat veriləcəkdir. Maliyyə dəstəyi proqramı çərçivəsində edilmiş müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə məlumat bildiriş formasında vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergi ödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı Mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.

Ətraflı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3c7VAAt

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://bit.ly/2VlICZ7

Maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısı İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi saytlarında yerləşdirilir və mütəmadi olaraq yenilənir.

 Muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üzrə hesabat(14.04.2020 il tarixinə)
  Tədbirin icrası üzrə nəzərdə tutulmuş vəsaitin məbləği  215,0 milyon manat
  Müraciət etmiş vergi ödəyicilərinin sayı   Vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı  10.914 vergi ödəyicisi   124.510 nəfər
  Maliyyə dəstəyinin məbləği   o cümlədən, 1-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin    məbləği (50%)  33.780,4 min manat   16.890,2 min manat
  Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı  2.636 vergi ödəyicisi
  Həmin vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı  24.463 nəfər
  Ödənilmiş vəsaitin məbləği  5.317,7 min manat 
 Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyiüzrə hesabat(14.04.2020 il tarixinə)
  Tədbirin icrası üzrə nəzərdə tutulmuş vəsaitin məbləği  80,0 milyon manat
  Müraciət etmiş vergi ödəyicilərinin sayı  16.502vergi ödəyicisi
  Müraciəti araşdırılmış vergi ödəyicilərinin sayı   Maliyyə dəstəyinin məbləği  15.689 vergi ödəyicisi   15483,7 min manat
  Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı  3.041 vergi ödəyicisi
  Ödənilmiş vəsaitin məbləği  3.530,9 min manat

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.