Home » Koronavirus səbəbindən hər 8 bankdan 1-i itki ilə üzləşəcək

Koronavirus səbəbindən hər 8 bankdan 1-i itki ilə üzləşəcək

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Aylardır ki, dünya gündəmini zəbt edən koronavirus pandemiyası səbəbindən həyata keçirilən karantin tədbirlərinin mənfi iqtisadi təsirləri turizm, sənaye sektorları ilə yanaşı, bankçılıq sektorundan da yan keçməyəcək. İstehlakçıların gəlirlərinin azalması səbəbindən kredit ödənişlərinin gecikməsinin və depozitlərin azalmasının nəticəsində bankların əməliyyat xərcləri azalmasa belə, gəlirlərində azalma müşahidə oluna bilir.

Beynəlxalq konsaltinq şirkəti “Kearney” araşdırmalar nəticəsində 2020-ci il üzrə bankçılıq gəlirlərinin tendensiyası üzrə 3 proqnoz modeli irəli sürüb:

Gəlirlər 20% azalacaq – bəzi ölkələrdə pandemiya səbəbindən banklara dəstək üçün qrantlar ayrılsa da, əksər ölkələrdə uçot faiz dərəcələrinin azaldılması tendensiyası müşahidə edilir. Bu addım iqtisadiyyatı qismən də olsa canlı saxlamaq üçün atılsa da, bankların əlavə təzyiqə məruz qalmasına səbəb olur. Bununla yanaşı, turizm və əyləncə sektorunda durğunluq, eləcə də daşınmaz əmlak bazarının zəifləməsi yeni götürülən istehlak və ipoteka kreditlərinin sayının azalmasına gətirib çıxarır.

“Kearney” hesablamalarına görə, aşağı iqtisadi aktivlik, aşağı uçot dərəcəsi və maliyyə aktivlərinin idarəetməsindən əldə edilən gəlirlərin azalması nəticə etibarı ilə ən yaxşı ssenaridə pərakəndə bankçılıq gəlirlərində 20%-lik azalmaya gətirib çıxaracaq. İlin sonuna doğru vəziyyətin stabilləşməyə doğru getməsi proqnozlaşdırılır.

Lakin, pandemiyanın sürətlə yayıldığı Avropa ölkələrində bu azalmanın, iqtisadi aktivliyin bərpa vaxtından asılı olaraq 35%-40% səviyyəsinə qalxması da ehtimallar arasındadır.

Xərclərin həcmində kəskin dəyişiklik olmayacaq – “Kearney” şirkətinə görə, əksər banklar media  və ictimaiyyətin mənfi rəyləri ilə qarşılaşmamaq üçün böyükhəcmli ixtisarlara getməyəcək. Bu isə, bankın gəlirlərinin azaldığı halda, əməliyyat xərclərinin stabil qalmasının göstəricisidir. Bir sıra ölkələrdə, bəzi filialların iş saatları azaldılır və hökumətlər banklara icarə haqqı ilə bağlı bir sıra dəstəklər göstərir, lakin bu da əməliyyat xərclərinin gəlirlərə olan nisbətində gözəçarpan dəyişikliyin yaranmasının qarşısını ala bilmir. Araşdırmaya görə əksər bankların cari dövrdə xərclərinin gəlirlərinə olan nisbəti 80% səviyyəsinə qalxacaq, bəzi banklarda isə xərclər gəlirləri üstələcəyək.

Hər 8 bankdan 1-i itki ilə üzləşəcək – koronavirus pandemiyası sonrası ortaya çıxacaq böhranın uzunmüddətli dövrdə mənfi təsirləri hələ də naməlumdur. Lakin, hesabatda cari maliyyə ili üçün bankların 12%-inin itki ilə üzləşəcəyi proqnozlaşdırılıb. Bu isə dünya üzrə hər 8 bankdan birinin itkiyə məruz qalması deməkdir.

22 fərqli bazarda fəaliyyət göstərən ümumi 92 kommersiya bankının fəaliyyətinin araşdırılması nəticəsində ərsəyə gələn bu hesabatda hər müştəri üzrə gəlirlilik göstəricisinin 2019-cu ilə nisbətdə 60% azalacağı vurğulanıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.