Home » Koronavirusdan qorunmaq mövzusunda sosial çarxlar hazırlanmışdır

Koronavirusdan qorunmaq mövzusunda sosial çarxlar hazırlanmışdır

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

“2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda istehlakçıların maliyyə savadlılığının artırılması və hüquqlarının müdafiəsinin gücləndirilməsi prioritet hədəfinin icrası çərçivəsində mütəmadi tədbirlər həyata keçirilir.

COVİD-19 virusunun yayılmasının məhdudlaşdırılması məqsədilə banklar tərəfindən vətəndaşlara təqdim edilən xidmətlərdən təhlükəsiz yararlana bilməsi məqsədilə əhalinin maliyyə savadlılığının yüksəldilməsi mühüm əhəmiyyət kəsb edir.

Bu məqsədlə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, İsveçrə  Hökumətinin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun (SBFIC) birgə əməkdaşlığı əsasında maarifləndirici xarakterli video çarxlar hazırlanmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının birgə təşəbbüsü ilə animasiya formasında hazırlanan bu video çarxlar qlobal pandemiya dövründə internet üzərindən məhsul və xidmətlərin əldə edilməsi, təsərrüfat subyektlərində alış-veriş zamanı koronavirus infeksiyasından qorunmaq üçün ödəniş kartları ilə təmassız ödənişlərin aparılması, habelə mobil bankçılıq xidmətlərindən istifadə və kart hesabının balansının təhlükəsiz formada artırılması üsullarını özündə əks etdirir.

Yuxarıda sadalanan kart əməliyyatlarının təhlükəsiz formada aparılması üsullarını aşağıdakı linkdən izləyə bilərsiniz:

1. Alış-veriş zamanı koronavirus infeksiyasından özümü necə qoruya bilərəm?

2. Koronavirus infeksiyasından qorunmaq üçün mən bank xidmətlərindən necə istifadə edə bilərəm?

3. Karantin rejimində mən öz ödəniş kartımın balansını necə artıra bilərəm?

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.