Home » “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun növbəti iclası keçirilib

“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun növbəti iclası keçirilib

by ulviyya
0 rəy 0 baxış 2 dəqiqə oxuma

İclasda müxtəlif reytinq hesabatlarında ölkəmizin mövqeyinin yaxşılaşdırılması istiqamətində görülmüş tədbirlər və qarşıda duran vəzifələr müzakirə edilib.

“Bakı KOB evi”ndə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun növbəti iclası keçirilib.

İclasda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Energetika, Ədliyyə nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Statistika Komitəsinin və digər dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev və KOBİA-nın İdarə Heyətinin sədri, İşçi Qrupunun rəhbəri Orxan Məmmədovun iştirakı ilə keçirilmiş iclasda “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun 2024-cü ilin ötən dövrü üzrə Fəaliyyət Planının icrası istiqamətdə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

İclasda KOBİA tərəfindən məlumat verilib ki, Qlobal İnnovasiya İndeksinin “Sahibkarlıq siyasəti və mədəniyyəti” indikatoru üzrə Azərbaycana dair məlumatın əks olunması məqsədilə zəruri işlər görülüb. Həmçinin, Qlobal İnnovasiya İndeksinin “Biznesin aparılması üçün şərait” və “Klasterlərin inkişafı” indikatorları üzrə sorğuların keçirilməsi və məlumatların yenilənməsi istiqamətində Ümumdünya İqtisadi Forumu ilə əməkdaşlıq həyata keçirilib. İşçi qrupunun bir hissəsi olan Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə altqrup çərçivəsində Azərbaycan Standartlaşdırma İnstitutu ilə birgə Beynəlxalq Standartlaşdırma Təşkilatının texniki dəstəyi ilə milli ESG standartının hazırlanması istiqamətində tədbirlər görülür. Sözügedən standartın qəbul edilməsi ESG ilə bağlı daha geniş tənzimləyici çərçivənin müəyyən edilməsinə, fəaliyyətin konkret istiqamətlər üzrə qurulmasına və gələcəkdə məqsədyönlü təşviq və stimullaşdırıcı tədbirlərin tətbiqinə imkan yaradacaq, eləcə də ölkəmizin yaşıl gündəliyinin həyata keçirilməsinə öz töhfəsini verəcəkdir.

İclasda həmçinin Qlobal İnnovasiya İndeksinin “Ekoloji performans” indikatoru və İqtisadi Azadlıq İndeksinin “İnvestisiya azadlığı” indikatorları üzrə ölkəmizin göstəricilərinin yaxşılaşdırılması üzrə təkliflər və digər cari məsələlər müzakirə edilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.