Home » Kredit arayışı üçün rüsum tələb edilə bilərmi? – ABA eksperti Məmməd Həsənov açıqlayır

Kredit arayışı üçün rüsum tələb edilə bilərmi? – ABA eksperti Məmməd Həsənov açıqlayır

by Aytac
0 comments 9 views 1 minutes read

Bank kreditinin tam bağlanmasından sonra arayışın verilməsinə görə rüsumun tələb edilməsi məsələsi tez-tez müzakirə olunur. ABA-nın eksperti Məmməd Həsənov bbn.az-a açıqlamasında mövcud qanunvericiliyin bu məsələyə yanaşmasını, eləcə də bankların xidmət haqları ilə bağlı hüquqi çərçivəni izah edib.

Sual:
Vətəndaşlar Bank Kreditlərini bağlayarkən bankdan arayış istəyəndə arayış verilərkən bank rüsum tələb edir. Ümumiyyətlə arayışın verilməsinə rüsumun tələb edilməsi qanumidirmi? Müqavilədə bu göstərilməlidirmi? Yoxsa bankın daxili qaydaları ilə tənzimlənən məsələdir?

Ekspertin cavabı:

Banklar haqqında” Qanunun (Qanun) 36.1-ci maddəsinə əsasən, banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin Məcəlləyə və Qanuna müvafiq olaraq Mərkəzi Bank tərəfindən qəbul edilmiş normativ xarakterli aktlar və müqavilə əsasında həyata keçirilir. Həmçinin, Qanunun 36.6-cı maddəsinə əsasən, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir.

Qeyd olunanlara əsasən, bildiririk ki, banklar tərəfindən arayışın (o cümlədən, kreditin ödəniləməsini təsdiq edən) təqdim edilməsi göstərilən xidmətlərə daxildir və bununla bağlı xidmət haqqı tələb edilməsi mümkündür. Banklar tərəfindən göstərilən xidmətlər üzrə tariflər onların rəsmi internet səhifəsində açıqlanır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.