Home » Kredit kart fırıldaqçılığına qarşı süni intellekt ilə mübarizə aparılır – Visa-nın təcrübəsi

Kredit kart fırıldaqçılığına qarşı süni intellekt ilə mübarizə aparılır – Visa-nın təcrübəsi

by ulviyya
0 rəy 8 baxış 1 dəqiqə oxuma

Kredit kart fırıldaqçılığına (fraud) qarşı süni intellekt (AI) ilə mübarizə aparılır.

BBN.az NBC News TV kanalına istinadən xəbər verir ki, bildirilir ki, Visa şirkətinin ABŞ-ın Şimali Virciniyadakı İdarəetmə Mərkəzində 200-dən çox ölkədə saniyədə edilən 76 000 tranzaksiyanı monitor edirlər.

Visa-nın vitse-prezidentlərindən biri olan Michael Jabbara bildirib ki, fırıldaqçılar əsasən bəzilərinin düşündüyü tipik yeniyetmə quruplaşması deyil, onlar kriminal təşkilatlar tərəfindən yaxşı maliyyələşdirilmiş və olduqca yaxşı təşkilatlandırılmış peşəkar qruplaşmalardan ibarətdir.

Məsələn, Visa müştərilərindən biri şirkətdən mesaj alır və orada 22 000 dollar cərimə ediləcəyi yazılır, daha sonra isə fırılqdaqçılar ona bank əməkdaşı adından zəng edirlər və ona göndərilən linkə klik etmələrini istəyirlər. Müştəri klik etdiyi anda isə fırıldaqçılar onun müştəri şifrəsini dərhal dəyişirlər. Belə hal yaşayan müştərilərdən biri deyir ki, yaxşı ki, real bank belə cəhdi aşkarlayıb və dərhal onun qarşısını alıb.

Qeyd edilib ki, dələduzlar təkcə kredit kartları deyil, müştərilərin bank hesablarına da fıırldaqçılıq əməliyyatları təşkil edirlər. Təkcə onu qeyd etmək lazımdır ki, Visa şirkətindən bildirilib ki, onlar oktyabr və dekabr ayları arasında fırıldaqçılıq cəhdlərinin 11% artdığını və onları blok etdiyini qeyd ediblər. Söhbər isə 60%-i hər gün e-ticarət yolu ilə edilən alış-verişlər zamanı 110 milyon dollardan gedir. Dünyanın hər-hansı bir yerində Visa kartından istifadə etdikdə tranzaksiya Visa-nın 3 əsas data mərkəzindən keçir və onlar isə 500 analitik tərəfindən idarə edilir və onlar hər-hansı fırıldaqçılıq cəhdləri müəyyən etmək üçün çalışırlar. Visa-nın sözçüsü qeyd edib ki, burada hər şey AI vasitəsilə aparılır: “Bu isə bizə kütləvi sayda data ilə işləməyə icazə verir. Real vaxtda istənilən fırıldaqçılıq halları aşkar edilir”.

Ekspertlər isə məsləhət görürlər ki, e-ticarət zamanı təsdiq düyməsini basmamışdan öncə saytın leqal olmasına diqqət ediniz. Heç bir halda isə kredit kart məlumatlarını digər şəxslər ilə paylaşmayın.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.