BBN.az olaraq, kredit kartı təklif edən bankların tətbiq etdikləri illik faiz dərəcələrinə görə sıralamasını təqdim edirik. Kredit kartları üzrə faizlər 18-28% aralığında dəyişir. Bəzi banklarda isə bu faizlər müştərinin kredit tarixçəsinə və digər şərtlərə uyğun olaraq, fərdi şəkildə müəyyən edilir.
Sıralamanı Sizə təqdim edirik:
Bank
Qeyd
ABB ASC
Nağdlaşdırma limiti – 50%. Güzəşt müddəti – minimum 30 gün olmaqla 60 günədək.
AFB bank ASC
Kreditin məbləği 10 000 AZN-dək olduqda zaminsiz, 10 001 AZN -dən yuxarı 1 nəfər, 15 001 AZN-dən yuxarı olduqda isə 2 nəfər zamin tələb edilməklə verilir.
Müştərinin istəyinə görə mövcud tariflərə əsasən (Visa Electron / Maestro istisna olmaqla) .Kreditin valyutası AZN/USD .
Rabitəbank ASC
Kredit məbləği 10 000 AZN-dən yuxarı olarsa əmək haqqı minimum 5 000 AZN və ya VİP müştərilərə verilə bilər. Kredit məbləği 3 000 AZN-dək zaminsiz, 3 001 AZN-dən yuxarı 1 nəfərin zaminliyi ilə.
Kapital Bank ASC
BirKart limitinizin yalnız 50%-ə qədərini nağdlaşdıra bilərsiniz. BirKart-ı Kapital Bank və ya digər bankdan əmək haqqı/təqaüd alan şəxslər əldə edə bilər;
TuranBank ASC
Təminat tələb olunmur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə kredit kartı verildikdə təminat olaraq zamin (DTİ əmsalı hesablanmaqla rəsmi gəliri olan fiziki şəxslər) və ya sərt girov tələb olunmalıdır.
Yelo Bank ASC
Məbləğ 5000 AZN-dək olduqda Yelo Light, 5000 AZN və daha yuxarı olduqda isə Yelo Premium kartı pulsuz verilir
Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul etƏtraflı