

Aprelin 8-də kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti artıb.
BBN.az xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:50-də “CoinMarketCap” platformasında 3.96% bahalaşaraq 79 772 ABŞ dolları təşkil edib.
Son bir gündə “Ethereum”un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 3.23% artaraq 1587 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 7.63%, BNB isə 3.52% bahalaşıb.
Qeyd edək ki, “Bitkoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.