
Aprelin 17-də kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti artıb.
BBN.az xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:45-də “CoinMarketCap” platformasında son 24 saatda 1.15% bahalaşaraq 84 420 ABŞ dolları təşkil edib.
Son bir gündə “Ethereum”un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1.79% artaraq 1602 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 1.38%, BNB isə 0.26% bahalaşıb.
Qeyd edək ki, “Bitkoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.




