Home » Kriptovalyuta mübadilə şirkəti Bullish.com işçi qüvvəsini 10% azaldıb

Kriptovalyuta mübadilə şirkəti Bullish.com işçi qüvvəsini 10% azaldıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Mərkəzi ofisi Kayman adalarında (Şimal Amerika-red.) yerləşən kriptovalyuta mübadilə şirkəti Bullish.com işçi sayını azaltmaqla digər kriptovalyuta mübadiləsi ilə məşğul olan şirkətlərin siyahısına daxil olub.

BBN.az xəbər verir ki, “The Block”ə əsasən şirkət öz ştatında 30 nəfəri azaldıb, LinkedIn biznes platformasında şirkətin işçi sayı isə 270 nəfər göstərilib. 

Gemini, Coinbase (COIN) və Crypto.com kriptovalyuta dəyişmə şirkətləri də keçən həftə öz ştatında işçi qüvvəsini azaltmışdı. Bullish.com 2021-ci ildə təsis edilmişdir və Block.one-nın törəmə şirkətidir. Block.one və bir sıra tanınmış investorların ilkin maliyyələşməsi 10 milyard dollara çatıb. Ötən həftə NBC News-un araşdırması göstərirdi ki, ABŞ-da maliyyə və texnologiya şirkətləri aktiv şəkildə işçi sayında azalmağa gedirlər, buna səbəb isə bu ölkədə biznesmen və ekspertlərin yaxın aylarda gözlədiyi iqtisadi tənəzzüldür. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.