Home » Kürdəmirdə “KOB Dostu” fəaliyyətə başlayıb

Kürdəmirdə “KOB Dostu” fəaliyyətə başlayıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Yanvarın 27-də Kürdəmir rayonunda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB Dostu” fəaliyyətə başlayıb. Bununla da, ölkə üzrə KOB dostlarının saytı 21-ə çatıb.

Bununla əlaqədar, KOBİA-nın, yerli icra hakimiyyətinin və sahibkarların iştirakı ilə təşkil edilmiş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, KOB-lara dəstək məqsədilə həyata keçirilən tədbirlər, eləcə də “KOB Dostu”nun bölgələrdə sahibkarlara göstərdiyi xidmətlər barədə məlumat verib, sahibkarları “KOB Dostu” ilə fəal əməkdaşlığa dəvət edib. Bildirilib ki, 2020-ci ildə də “KOB Dostu” şəbəkəsinin genişləndirilməsi davam etdiriləcək və ölkənin daha bir neçə şəhər və rayonunda KOB dostları fəaliyyətə başlayacaqdır.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayonun sosial-iqtisadi inkişafı, rayonda sahibkarlıq fəaliyyəti barədə məlumat verib, “KOB Dostu”nun sahibkarlar və biznesə yeni başlayanlar üçün faydalı dəstək mexanizmi olacağını vurğulayıb.

Tədbirdə həmçinin, “KOB Dostu” mexanizminə, daxili bazar araşdırmalarına dair video çarxlar nümayiş olunub, sahibkarların sualları cavablandırılıb.

Sonra tədbir iştirakçıları “KOB Dostu”nun Heydər Əliyev Mərkəzində yerləşən ofisi ilə tanış olublar. Burada sahibkarların müraciətlərinin qəbulu, onlara dövlət dəstəyi mexanizmləri çərçivəsində xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılıb. Digər “KOB Dostu” ofislərində olduğu kimi, Kürdəmir rayonundakı ofisdə də “KOB könüllüləri” fəaliyyət göstərəcəkdir.

Tədbir çərçivəsində sahibkarların problemlərinin və təkliflərinin öyrənilməsi məqsədilə sorğu da keçirilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.