Home » Küveytdə pensiya və sosial sığorta sahəsində ikitərəfli əməkdaşlıq müzakirə olunub

Küveytdə pensiya və sosial sığorta sahəsində ikitərəfli əməkdaşlıq müzakirə olunub

by Aytac
0 comments 0 views 1 minutes read

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev Küveytin paytaxtı Əl-Küveyt şəhərində bu ölkənin Dövlət Sosial Təminat Qurumunun (DSTQ) baş direktoru Xalid Yasim İbrahim Əl-Mudhaf ilə görüşüb.

Görüşdə Z.Mirzəyev sosial sığorta və sosial təminat sahəsində son illər ərzində ölkəmizdə aparılan islahatlar barədə məlumat verib. Eyni zamanda Azərbaycanda həyata keçirilən innovativ yanaşmalar, elektron infrastruktur vasitəsilə təqdim olunan proaktiv xidmətlər, sığorta-pensiya sistemi və əhalinin sosial təminatı sahəsində müəyyən edilmiş prioritetlər diqqətə çatdırılıb.

Xalid Yasim İbrahim Əl-Mudhaf Küveytin pensiya-sığorta sistemi, bu sahədə görülmüş işlər və həyata keçiriləcək tədbirlər haqqında məlumat verib. O, pensiya təminatında innovativ yanaşmaların tətbiqi, o cümlədən xidmətlərin rəqəmsallaşdırılması və sosial ödənişlərin proaktiv təyinatı sahəsində Azərbaycanla təcrübə mübadiləsində maraqlı olduqlarını qeyd edib.

Daha sonra DSMF və DSTQ nümayəndələri Azərbaycanın və Küveytin pensiya-sığorta sistemləri barədə təqdimatlarla çıxış ediblər. Müzakirələr zamanı hər iki ölkənin sosial təminat sistemlərinin oxşar və fərqli cəhətləri təhlil olunub, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.