Home » Kənd təsərrüfatı naziri sahibkarlarla görüşüb

Kənd təsərrüfatı naziri sahibkarlarla görüşüb

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Dekabrın 2-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə sahibkarların kənd təsərrüfatı naziri Məcnun Məmmədovla görüşü keçirilib. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq bölmələrinin rəhbər şəxsləri iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbiri açan Konfederasiyanın Baş katibi Natəvan Məmmədova dövlət-özəl sektor dialoqunun səmərəliliyi, bu platformanın iqtisadiyyatımızın inkişafındakı rolu barədə danışıb. O, tədbirdə kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən 100-ə yaxın sahibkarın iştirak etdiyini bildirib.

Nazir Məcnun Məmmədov çıxışında ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracı ilə bağlı artan dinamikanı qeyd edib, özəl sektorun bu sahədəki fikirlərini dinləməyə və əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev özəl sektorla qurulan bu əməkdaşlığa görə kənd təsərrüfatı nazirinə təşəkkürünü bildirib. O, görüşdə qaldırılan məsələlərin həllinə Konfederasiyanın müvafiq dəstəyi verəcəyini söyləyib.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, Konfederasiyanın vitse-prezidenti Zakir Nuriyev kənd təsərrüfatı sektorunun inkişafı ilə bağlı öz fikirlərini çatdırıblar.

Görüşdə çıxış edən sahibkarlar əsasən kənd təsərrüfatı məhsullarının emalı və emal edilmiş məhsulların satışı zamanı yaranan vergi məsələləri, eləcə də, aqrar məhsulların ixracı zamanı ƏDV-nin geri qaytarılması mexanizminin təkmilləşdirilməsi, ixrac bazarının genişləndirilməsi, qida zəncirinin qurulması, kadr çatışmazlığı, xammala güzəştlərin tətbiqi, dövlət dəstəyi mexanizmlərində keyfiyyət məsələlərinin nəzərə alınması, tez xarab olan kənd təsərrüfatı məhsullarının daxili və xarici bazarlara çatdırılmasındakı çətinliklər, işğaldan azad olunmuş ərazilərdə orqanik kənd təsərrüfatının inkişafı üçün imkanların yaradılması və sair məsələlərə toxunublar.

Görüşdə qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb.

İştirakçılar dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi istiqamətində bu cür dialoq platformalarının genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.