Home » Kəskin hava şəraiti arpa, buğda, pambıq əkinlərinə, alça və gilas bağlarına zərər vurub

Kəskin hava şəraiti arpa, buğda, pambıq əkinlərinə, alça və gilas bağlarına zərər vurub

by anar
0 comments 1 views 1 minutes read

Son günlər Azərbaycanın müxtəlif bölgələrində hava şəraitinin kəskin dəyişməsi, temperaturun aşağı düşməsi, leysan yağışları, ayrı-ayrı rayonlarda dolu və qar yağıntıları əkin sahələrinə, bağlara zərər vurub.

Aqrar Sığorta Fondunun məlumatına görə, mayın 4-dən başlayaraq rayonlarda hava şəraitinin kəskin dəyişməsi nəticəsində təsərrüfatlarına zərər dəymiş fermerlər 1651 Çarğı Mərkəzinə müraciət edərək Aqrar Sığorta Fondunu məlumatlandırırlar.

Son üç gündə təsərrüfatlara zərər dəyməsi ilə bağlı Çarı Mərkəzinə 7 rayon üzrə  20 müraciət daxil olub. Müraciətlər Kürdəmir, Beyləqan, Ağcabədi, Biləsuvar, Zərdab, Quba və Qusar rayonlarında fəaliyyət göstərən fermerlər tərəfindən edilib.

İlkin məlumata görə, kəskin hava şəraiti, güclü yağış, dolu və qar yağıntıları qeyd olunan rayonlarda ayrı-ayrı təsərrüfatlar üzrə arpa, buğda, pambıq əkinlərinə, alça və gilas bağlarına zərər vurub.

Fermerlərin müraciətləri əsasında bölgələrə ekspertlərin ezam olunması nəzərdə tutulur. Ekspertlər sığortalanmış təsərrüfatlarda baş verən hadisələri qeydə alıb, ilkin zərəri hesablayıb Aqrar Sığorta Fonduna təqdim edəcəklər.

Aqrar Sığorta Fondu fermerləri hava şəraitinin kəskin dəyişməsi və təbiət hadisələrinin təsirindən qorunmaq üçün təsərrüfatlarını sığortalamağa çağırır.

Qeyd edək ki, bu ilin ilk rübü ərzində Aqrar Sığorta Fondu tərəfindən fermerlərə dolu hadisələri üzrə 503 min manat, sel-subasmaya görə isə 101 min manat sığorta ödənişi edilib.

Aqrar sığorta şərtləri və Aqrar Sığorta Fondunun fəaliyyəti, o cümlədən aqrar sığorta tarifləri və sığorta haqları barədə geniş məlumatı Fondun www.asf.gov.az rəsmi internet səhifəsindən almaq mümkündür.

Fermerlər “Sığorta kalkulyatoru” bölməsinə daxil olaraq sığortalayacaqları məhsulu seçib ödəniləcək məbləği özləri də hesablaya bilərlər.

Əkin sahələrinin və heyvandarlıq təsərrüfatlarının sığortalanması üçün Aqrar Sığorta Fondunun 1651 Çağrı mərkəzinə və ya bölgələrdəki filiallarına müraciət etmək kifayətdir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.