Home » Latviya Məşğulluq Agentliyinin nümayəndələri ölkəmizdə səfərdə olub

Latviya Məşğulluq Agentliyinin nümayəndələri ölkəmizdə səfərdə olub

by anar
0 comments 0 views 1 minutes read

Latviya Respublikasının Rifah Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin nümayəndələri ölkəmizdə rəsmi səfərdə olub.

Nümayəndə heyətinin səfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə imzalanan “Fəaliyyət Planı” çərçivəsində baş tutub.

Səfər çərçivəsində qonaqlar Dövlət Məşğulluq Agentliyində olub və onlara Agentliyin iş prinsipi, fəaliyyət istiqamətləri haqqında məlumat verilib.

Nümayəndə heyəti də öz növbəsində qurumun iş prinsipi, fəaliyyət istiqamətləri və prioritet sahələri barədə təqdimat ediblər.

Daha sonra görüşdə qurumlar arasında məşğulluq sahəsində görülmüş işlər ilə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüşün əsas müzakirə mövzusu əmək bazarı tədbirləri üzrə qabaqcıl təcrübələr, əmək bazarının analitik məlumatları, fəaliyyət göstəricilərindən istifadə istiqamətləri olub.

Səfər çərçivəsində nümayəndə heyəti Bakı Regional Məşğulluq filialının iş prinsipi ilə də tanış olub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.