Home » “Layihə maliyyələşdirilməsi kreditləri: Giriş” mövzusunda təlim təşkil edilib

“Layihə maliyyələşdirilməsi kreditləri: Giriş” mövzusunda təlim təşkil edilib

by Zeyneb
0 comments 3 views 1 minutes read

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 30 sentyabr 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) tərəfindən bank nümayəndələri üçün növbəti “Layihə maliyyələşdirilməsi kreditləri: Giriş” mövzusunda təlim təşkil edilib.

Təlim Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının “Bank sektoru üzrə təklifi genişləndirən tədbirlərin həyata keçirilməsi” tədbiri çərçivəsində hazırlanmışdır.

Bank sektorunda yeni fəaliyyətə başlayan və bir ilə qədər iş təcrübəsi olan əməkdaşlara istiqamətlənmiş təlimin əsas məqsədi layihə maliyyələşdirilməsi üzrə ilkin biliklərin formalaşdırılması və bu sahədə praktiki yanaşmaların paylaşılması olub.

Təlim çərçivəsində iştirakçılara layihə maliyyələşdirilməsinin əsas prinsipləri, bu növ kreditlərin ənənəvi kreditləşmədən fərqləri və tətbiq sahələri, strukturlaşdırma və hüquqi-prudensial çərçivə, maliyyə modellərinin qurulması və proqnoz hesabatlarının hazırlanması mövzularında biliklər təqdim olunub.

Ümumilikdə isə bu tədbirlər çərçivəsində 46 nəfər bank əməkdaşı bu təlimlərdən faydalanmışdır.

Təlim “Paşa Bank” ASC-nin Kreditləşmə üzrə baş analitikləri – Aqşin Namazov və Rüstəm Quliyev tərəfindən aparılıb.

Qeyd edək ki, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-ə yaxın mövzu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.

 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.