
16 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Legion Financial” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
“Legion Financial” ASC-nin abunə yazılışı 8 avqust 2025-ci il tarixində başlayaraq, 10 iş günü davam edərək, avqustun 21-i yekunlaşmışdır.
Qeyd olunan səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi 27 avqust 2025-ci il tarixində Bakı Fond Birjasında yekunlaşmışdır.
Qeyd olunan qiymətli səhmlərin ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.17 bəndinin tələblərinə cavab verdiyinə görə Standart Bazar Listinq seqmetntinə alınır.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “Legion Financial” ASC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ1001025464 |
| Səhmin növü və forması | Adi, adlı, sənədsiz səhm |
| Ticarət üsulu / forması | Kütləvi / Abunə yazılışı |
| Səhmlərin sayı | 5,500 (ədəd) |
| İlkin ticarət qiyməti | 100 manat |
| Buraxılış həcmi | 550,000 manat |
| Hərrac qiyməti | 100 manat |
| Reallaşdırılmış həcm | 260,000 manat |
| Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 260,000 manat |
| İnvestor sayı | 2 |
| Sifariş sayı | 2 |
| Ticarətə buraxılma tarixi | 27.08.2025 |
| Anderrayter | “Unicapital İ.Ş” ASC |




