21 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Legion Financial” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi 5 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında baş tutacaqdır.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | “Legion Financial” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ1001025464 |
Səhmlərin növü və forması | Səhm adi, sənədsiz, adlı |
Səhmlərin sayı | 13,000 (ədəd) |
İlkin ticarət qiyməti | 100 manat |
Buraxılış həcmi | 1,300,000 manat |
Anderrayter | “Assist Finance İ.Ş” ASC |
Ticarətə buraxılma tarixi | 05.06.2024 |
Ticarət üsulu/forması | Kütləvi/Abunə yazılışı |