
21 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Legion Financial” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi 5 iyun 2024-cü il tarixindən başlayıb 3 (üç) iş günü davam edəcəkdir.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “Legion Financial” ASC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ1001025464 |
| Səhmlərin növü və forması | Səhm adi, sənədsiz, adlı |
| Səhmlərin sayı | 13,000 (ədəd) |
| İlkin ticarət qiyməti | 100 manat |
| Buraxılış həcmi | 1,300,000 manat |
| Anderrayter | “Assist Finance İ.Ş” ASC |
| Ticarətə buraxılma tarixi | 05.06.2024 |
| Ticarət üsulu/forması | Kütləvi/Abunə yazılışı |





