18 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BFB-nin LMP iştirakçısı olan “Legion Financial” MMC-nin ümumi dəyəri 500,000 (beş yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
22 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında “Legion Financial” MMC-nin ümumi dəyəri 500,000 (beş yüz min) manat olan istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN | İstiqrazların növü və forması | İstiqrazların sayı | Nominal Dəyəri |
Hərrac tarixi | İllik faiz dərəcəsi | Tədavül müddəti | Kupon faizlərinin ödəniş müddəti |
AZ2002025461 | Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar | 500 (ədəd) | 1,000 manat | 22.09.2023 | 15 % | 1800 təqvim günü | 30 gündən bir |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.