Home » LinkedIn-də ixtisar dalğası: Çin tətbiqini də bağlayır

LinkedIn-də ixtisar dalğası: Çin tətbiqini də bağlayır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

LinkedIn sosial platforması 20.000 işçi qüvvəsindən 716 iş yerini ixtisar edir və bununla da belə bir addımı atan ən son texnologiya firması olub.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, işgüzar mütəxəssislərə fokuslanan sosial media şəbəkəsi Çindəki yerli biznes proqramını da ləğv edəcəyini qeyd edib.

Şirkətin Baş İcraçı direktoru (CEO) Ryan Roslansky işçilərə göndərdiyi məktubunda bildirib ki, bu addım firmanın fəaliyyətini sadələşdirmək məqsədi ilə atılıb.

CEO məktubunda əlavə edib ki, məqsədi “bazar və müştəri tələbinin daha çox dəyişməsi fonunda, inkişaf etməkdə olan və böyüyən bazarlara daha effektiv xidmət göstərməkdir”.

Onun sözlərinə əsasən dəyişiklik fonunda 250 yeni iş yeri yaradılacaq ki, bununla da satış, əməliyyat və dəstək qruplarında ixtisarlardan zərər görən işçilər yeni açılmış vakansiyalara müraciət edə biləcəklər.

Bildirilib ki, InCareers adlı proqram da avqustun 9-dək ləğv ediləcək və proqram yalnız Çin bazarını əhatə etdiyi üçün bağlanacaq. LinkedIn Çində fəaliyyət göstərən yeganə böyük Qərb sosial media platforması idi. 2014-cü ildə fəaliyyətə başlayanda firma orada fəaliyyət göstərmək üçün Çin hökumətinin tələblərinə əməl etməyə razılıq vermişdi.

Qeyd edək ki, son altı ayda Amazon, LinkedIn-in ana şirkəti Microsoft və Alphabet kimi firmalar işçiləri işdən çıxardıqlarını elan etmişdilər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.