![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğanbank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “Muğanbank” ASC-nin ləğvedicisi təyin edilmişdir.
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Muğanbank” ASC-nin müştərilərinin nəzərinə çatdırır ki, kredit ödənişlərinin həyata keçirilməsi, sorğu edilən sənədlərin və əlavə məlumatların əldə edilməsi məqsədilə aşağıda qeyd edilən üsullardan istifadə edilə bilər:
- Elektron qaydada kredit ödənişlərinin həyata keçirilməsi – https: million.az veb saytı vasitəsilə;
- Nağd qaydada kredit ödənişlərinin həyata keçirilməsi – “e-manat”, “Million” və “m-pay” ödəniş köşkləri vasitəsilə;
- Köçürmə yolu ilə kredit ödənişlərinin həyata keçirilməsi üçün LPO “Muğanbank” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə bank hesablarının rekvizitləri
DAHA ƏTRAFLI BURADA