Home » Mənzillərin dövlət qeydiyyatına alınmasına dair səyyar xidmət bu həftə paytaxtın 3 rayonunda keçiriləcək

Mənzillərin dövlət qeydiyyatına alınmasına dair səyyar xidmət bu həftə paytaxtın 3 rayonunda keçiriləcək

by bbnadm
0 comments 0 views 1 minutes read

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası 10-14 fevral tarixlərində paytaxtın 3 rayonu üzrə istismarına icazə verilmiş binalarda təşkil ediləcək. Ümumilikdə 1111 mənzili əhatə edəcək qeydiyyat xidməti Binəqədi, Yasamal və Nərimanov rayonlarında göstəriləcək.

Mobil qeydiyyat ofisi Binəqədi rayonu üzrə fevralın 10-da Azadlıq prospekti, 204, 11 fevralda isə 9-cu mikrorayon, 3245-ci məhəllə, Cavadxan küçəsi, 4 A ünvanlarında mənzil sahiblərinin xidmətində olacaq. Kampaniya 12 fevralda Yasamal rayonu, D.Əliyeva küçəsi, ev 17 ünvanında, 13 fevralda Binəqədi rayonu, 8-ci mikrorayon İ.Dadaşov küçəsi, ev 71 c, 14 fevralda isə Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 1950-ci məhəllə ünvanlarında davam edəcək.

Mənzillər üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün şəxsiyyət vəsiqəsi,  protokoldan çıxarış və maliyyə arayışı tələb edilir.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.