Mərkəzi Bank tərəfindən yaradılan Rəqəmsal İdentifikasiya Sisteminin təqdimatı keçirilmişdir

“2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində ölkədə rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, “müştəri-bank” münasibətlərini innovativ texnologiyalar platformasında bank xidmətlərinin rəqəmsal formada daha təhlükəsiz və effektiv təqdim edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması uğurla tamamlanmışdır.

30 iyul 2020-ci il tarixində Mərkəzi Bank tərəfindən bank mütəxəssislərinə Rəqəmsal İdentifikasiya Sisteminin onlayn təqdimatı keçirilmişdir. Təqdimata “Ödəniş sistemləri və rəqəmsal bankçılıq”, “Komplayns”, “İT və İT təhlükəsizlik”, “Hüquqi məsələlər”, “Daxili Audit” üzrə ekspert qruplarının üzvləri, eləcə də digər bank nümayəndələri, Beynəlxalq Maliyyə Korporasiyasının və digər ödəniş sistemi iştirakçılarının nümayəndələri qatılıblar.

Sonda Mərkəzi Bank tərəfindən təqdimat iştirakçılarının sualları cavablandırılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır