Home » Mərkəzi Bank və Visa təşkilatı tərəfindən media nümayəndələri üçün ödənişlərdə təhlükəsizlik və kibertəhlükəsizlik mövzusunda seminar keçirilib – Foto

Mərkəzi Bank və Visa təşkilatı tərəfindən media nümayəndələri üçün ödənişlərdə təhlükəsizlik və kibertəhlükəsizlik mövzusunda seminar keçirilib – Foto

by anar
0 comments 15 views 2 minutes read

Media nümayəndələrinin maliyyə savadlılığının artırılması məqsədilə Mərkəzi Bank və Visa təşkilatı tərəfindən təlim keçirilib.

Bir günlük təlimdə Mərkəzi Bank və Visa təşkilatının aparıcı ekspertləri ödəniş təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində öz biliklərini media mənsubları ilə bölüşüblər. Təlimdə Azərbaycanın hazırda regionda rəqəmsallaşma üzrə lider ölkələrdən biri olduğu, ölkəmizdə rəqəmsal həllərin tətbiqinə keçidin sürətləndiyi, elektron ticarətin aktiv inkişaf etdiyi qeyd edilib və bununla yanaşı, nağdsız ödənişlərdən istifadənin genişlənməsi fonunda dələduzların da bu sahəyə olan marağının artdığı vurğulanıb. Ödəniş kartları üzrə dələduzluq hallarının qarşısının alınması məqsədilə Mərkəzi Bank, bank sektoru və əlaqədar dövlət qurumları ilə rəqəmsal ödənişlər sahəsində təhlükəsizliyin gücləndirilməsi istiqamətində birgə tədbirlərin icra olunduğu diqqətə çatdırılıb.

Təlimdə Mərkəzi Bank tərəfindən davamlı olaraq bütün hədəf qrupları nəzərə alınmaqla ölkəmiqyaslı maarifləndirici tədbirlərin həyata keçirildiyi qeyd edilib. Cari ildə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində “Rəqəmsal ödənişlər sahəsində 2023-cü il üzrə maliyyə savadlılığına dair Fəaliyyət Planı”nın hazırlandığı və Fəaliyyət Planına müvafiq olaraq ödəniş kartlarından istifadə zamanı müşahidə olunan fırıldaqçılıq halları barədə hazırlanmış maarifləndirici video və audioçarxların Mərkəzi Bankın və eləcə də bankların sosial şəbəkə hesablarında, həmçinin televiziya və radio kanallarında yayımlandığı təlim iştirakçılarının diqqətinə çatdırılmışdır.

Media nümayəndələrinə rəqəmsal ödənişlər üzrə dələduzluq hallarının aşkarlanması istiqamətində qurumlararası davamlı informasiya mübadiləsinin təşkili, əldə olunan məlumatların operativ təhlil edilərək preventiv tədbirlərin həyata keçirilməsi məqsədilə Mərkəzi Bankda hüquq-mühafizə orqanları, aidiyyəti dövlət qurumları və bank sektorunun nümayəndələrinin iştirakı ilə yaradılmış xüsusi işçi qrupunun fəaliyyəti haqda ətraflı məlumat verilmişdir.

Təlimdə, həmçinin rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıqla mübarizədə tətbiq olunan beynəlxalq təcrübələr bölüşülüb. Ekspertlər tərəfindən maliyyə və bank kibertəhlükəsizliyi üzrə son qlobal araşdırmalar, istifadəçi məlumatlarının qorunmasına yanaşma tendensiyaları, kibertəhlükəsizliyin işıqlandırılmasında medianın məsuliyyəti və rolu, kiber cinayətlərdən qorunmaq yolları barədə məlumat verilmişdir. Tədbirdə istifadəçilərin rəqəmsal ödənişlərin təhlükəsizliyi haqda məlumatlandırılması və zərərli hücumların qarşısının alınmasında media nümayəndələrinin fəaliyyətinin əhəmiyyəti diqqətə çatdırılmışdır. Təlimin sonunda jurnalistlər sertifikatlarla mükafatlandırılmış və onlara promomateriallar təqdim edilmişdir.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən müvafiq istiqamətdə maarifləndirmə tədbirləri davam etdiriləcəkdir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.