1
![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Mərkəzi Bankın sədri Taleh Kazımov Beynəlxalq Valyuta Fondunun (#BVF) Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiyasının rəhbəri Anna Bordon ilə görüşüb.
Görüş zamanı pul siyasəti hədəflərinə nail olunması vəziyyəti, pul siyasətinin transmissiyasının yaxşılaşdırılması və pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin ölkəmizin makroiqtisadi göstəriciləri və inkişaf perspektivləri, BVF ilə gələcək əməkdaşlıq və texniki yardım istiqamətləri görüşün əsas müzakirə mövzularından olub.