Home » Mərkəzi Bankda Dünya Bankının nümayəndələri ilə görüş keçirilib

Mərkəzi Bankda Dünya Bankının nümayəndələri ilə görüş keçirilib

by anar
0 comments 4 views 0 minutes read

“Dünya Bankının (DB) (The World Bank Group) Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın (Rolande Pryce) rəhbərlik etdiyi nümayəndə heyəti ilə növbəti dəfə görüşərək məhsuldar müzakirələr apardıq”.

Bu haqda Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünün LinkedIn platformasında yazıb.

“Görüş zamanı DB ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə icra olunan və perspektivdə duran layihələr və təşəbbüslərdən danışdıq. Həmçinin DB-nin Azərbaycanda həyata keçirilən islahatlara öz müsbət töhfəsini verəcək yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlıq prosesi ilə bağlı gündəmdə olan mühüm məsələləri müzakirə etdik”, – deyə sədr qeyd edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.