Home » Mərkəzi Bankdan əhaliyə xədərdarlıq

Mərkəzi Bankdan əhaliyə xədərdarlıq

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edərək bildirir ki, son zamanlar müxtəlif bankların plastik kart sahiblərinə Mərkəzi Bankın “qaynar xətti”nin əməkdaşları adından telefon zəngləri edilərək, onların kartlarına müdaxilə risklərinin qarşısının alınması bəhanəsi ilə kart məlumatlarının istənilməsi hallarına rast gəlinmişdir.

Bildiririk ki, Mərkəzi Bankın əməkdaşları tərəfindən heç bir halda sözügedən üsullarla bank xidmətləri istehlakçılarından fərdi, eləcə də bank və ödəniş kartları haqqında məlumatlar sorğu edilmir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq Mərkəzi Bank bir daha xəbərdarlıq edir ki, bank hesablarına və bank kartlarına sahib olan şəxslər bu kimi dələduzluq hallarına qarşı sayıq və ehtiyatlı olmalı, fərdi və ödəniş kartlarına dair məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməlidirlər.

Vətəndaşlardan bu kimi hallarla rastlaşdıqları təqdirdə dərhal öz banklarına müraciət etmələrini, habelə aidiyyəti dövlət qurumlarına məlumat vermələrini xahiş edirik.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.