0
“Hazırda Mərkəzi Bank Beynəlxalq Maliyyə Korporasiyası (BMK) ilə birgə maliyyə bazarlarında kibertəhlükəsizlik strategiyasının hazırlanması ilə bağlı əməkdaşlıq edir və bu əməkdaşlıq çərçivəsində layihə hazırlanmışdır”.
Bu haqda Banklar və Biznes nəşri BBN.az-ın BMK ilə birgə kibertəhlükəsizlik ilə bağlı strategiyanın hazırlanması prosesi haqda sualını cavablandıran Mərkəzi Bankın baş direktoru Fərid Osmanov deyib.
“Rəy və əlavələrin toplanması prosesindədir. Ümidvarıq ki, qısa zamanda Strategiyanı müzakirə edərək ictimaiyyətə açıqlayacağıq”.