Home » Mərkəzi Bankın rəhbər şəxsləri üçün ADA Universitetində keçirilən “Liderlik səriştələri üzrə təlim proqramı”nın bağlanış mərasimi keçirilib

Mərkəzi Bankın rəhbər şəxsləri üçün ADA Universitetində keçirilən “Liderlik səriştələri üzrə təlim proqramı”nın bağlanış mərasimi keçirilib

by Aytac
0 comments 0 views 2 minutes read

Mərkəzi Bank ilə ADA Universiteti arasında əməkdaşlıq çərçivəsində keçirilən “Liderlik səriştələri üzrə təlim proqramı”nın növbəti qrupları üçün bağlanış mərasimi keçirilib.

Tədbirdə çıxış edən sədr müavini Gülər Paşayeva Mərkəzi Bank ilə ADA Universiteti arasında formalaşmış səmərəli əməkdaşlığın mühüm əhəmiyyətindən danışaraq bu tərəfdaşlığın insan kapitalının və peşəkar potensialın artırılmasına verdiyi mühüm töhfələrdən bəhs edib. O, qurumlar arasında qarşılıqlı anlaşma və etimada əsaslanan əməkdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüslərdən biri olan bu proqramın zəngin akademik ənənələrə malik ADA Universitetində təşkil edilməsini Mərkəzi Bankın gələcəyə yönəlmiş strateji yatırımı adlandırıb.

İştirakçıları təbrik edən Mərkəzi Bankın sədr müavini Əli Əhmədov təlim proqramının bilik və bacarıqları təkmilləşdirməklə yanaşı, iştirakçıların peşəkar inkişafına dəstək göstərəcəyini qeyd edib. Sədr müavini bu proqramın təşkilati hədəflərə çatmaqda zəruri səriştələr qazandırdığını bildirib.

Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov proqramın məzunlarına uğurlar arzulayraq təlimlərdən qazanılmış yeni bacarıq və səriştələrin institusional çevikliyin və dayanıqlı inkişaf potensialının daha da gücləndirilməsinə töhfə verəcəyinə dair əminliyini ifadə edib.

ADA Universitetinin Akademik işlər üzrə prorektoru Dr. Elkin Nurməmmədov iştirakçıları təbrik edərək təşkil olunan bu növ proqramların təşkilatlarda mühüm əhəmiyyət kəsb edən peşəkar mədəniyyətin formalaşdırılmasına yönəldiyini qeyd edib. ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri və İxtisasartırma proqramının rəhbəri Aygün Hacıyeva proqramın yekunlarına dair hesabat təqdim edib və bu kimi proqramların davamlı öyrənmə və inkişafın təşviq edilməsindəki rolunu vurğulayıb.

Qeyd edək ki, sözügedən təlim proqramı Mərkəzi Bankın rəhbər heyətinin inkişafı üzrə uzunmüddətli və sistemli insan kapitalı strategiyasının mühüm tərkib hissəsidir. Proqram çərçivəsində əldə olunan bilik və bacarıqların gündəlik idarəetmə praktikasında tətbiqi, liderlik davranışlarının gücləndirilməsi və təşkilat daxilində vahid idarəetmə yanaşmasının formalaşdırılması əsas prioritetlər sırasında yer alır.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə fotosu çəkilib.

Xatırladaq ki, ötən ilin sentyabr ayından başlamış proqramda ümumilikdə Mərkəzi Bankın 164 nəfər rəhbər şəxsi iştirak edib. Cari ilin iyun ayında proqramın əvvəlki qruplarının iştirakçısı olmuş 114 rəhbər əməkdaşın sertifikatlarla təltif olunduğu mərasim təşkil olunub.

9 moduldan ibarət bu proqramın əsas məqsədi iştirakçıların liderlik potensiallarının gücləndirilməsinə və bacarıqlarının daha da təkmilləşdirilməsinə töhfə vermək olub. İştirakçılar peşəkar təlimçilər tərəfindən müasir dövrün trendlərinə uyğun mövzuların əhatə olunduğu proqram çərçivəsində interaktiv təlimlərə qatılıb.

Proqram çərçivəsində inkişaf etdirilən liderlik səriştələri Mərkəzi Bankda məsuliyyətli qərarvermə, əməkdaşlıq, etik davranış və davamlı inkişaf prinsiplərinin daha da möhkəmləndirilməsinə töhfə verir. Bu yanaşma təşkilat daxilində liderlik mədəniyyətinin gücləndirilməsinə və vahid dəyərlərə əsaslanan idarəetmə mühitinin formalaşdırılmasına xidmət edir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.