Home » Mərkəzi Bankın sədri Dünya Bankının nümayəndə heyətilə görüş keçirmişdir – Foto

Mərkəzi Bankın sədri Dünya Bankının nümayəndə heyətilə görüş keçirmişdir – Foto

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Mərkəzi Bankın sədri Taleh Kazımov iyunun 5-də Dünya Bankının (DB) nümayəndə heyətilə görüş keçirmişdir. Görüş zamanı DB-nin Cənubi Qafqaz üzrə regional direktoru cənab Sebastian Molineus onun yerinə yeni təyin olunmuş xanım Rolande Praysı və Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri xanım Stefani Stolmeysteri təqdim etdi.

BBN.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, görüşdə DB-nin Azərbaycandakı mövcud fəaliyyəti və gələcək əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparılmışdır.

Eyni zamanda DB və Mərkəzi Bank arasında cari əməkdaşlıq, texniki yardım layihələrinin icra vəziyyəti və gələcək dövr üçün yeni texniki yardım istiqamətləri ilə bağlı məsələlər müzakirə edilmişdir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.