1

Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfər çərçivəsində Astana Beynəlxalq Maliyyə Mərkəzində qonaq olmuşlar.
Görüşdə Mərkəzin həyata keçirdiyi proqramlar və layihələr, o cümlədən maliyyə xidmətlərinin inkişafı istiqamətində görülən işlərdən danışılmışdır. Görüş zamanı Azərbaycanda maliyyə xidmətlərinin inkişafı sahəsində strateji hədəflərə nail olunmasında zəruri dəstəyin göstərilməsinə, həmçinin gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılmışdır.





