Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti 27 fevral–2 mart 2023-cü il tarixlərində Tacikistan və Qazaxıstan mərkəzi bankları, Qazaxıstan Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi, həmçinin Astana Beynəlxalq Maliyyə Mərkəzinin rəhbərliyi ilə görüşlərin keçirilməsi məqsədilə işgüzar səfərə yola düşmüşdür.
Səfər çərçivəsində Tacikistan Milli Bankının sədri Hokim Xoliqzodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüş zamanı Azərbaycan və Tacikistan mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi və gələcək istiqamətləri müzakirə edilmişdir.
Görüşdə həmçinin makroiqtisadi vəziyyət, maliyyə-bank sektorunun inkişaf məsələləri, sığorta sistemindəki islahatlar və digər mövzularda fikir mübadiləsi aparılmışdır.
Mərkəzi Bankın sədri Taleh Kazımov Tacikistan və Qazaxıstanda işgüzar səfərdədir
2