Home » “Məşğulluq marafonu” üzrə 1550-dən çox şəxs işlə təmin olunub

“Məşğulluq marafonu” üzrə 1550-dən çox şəxs işlə təmin olunub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na bu günədək 610 işəgötürən qoşulub.

Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış hərbi qulluqçuların məşğulluğuna dəstək məqsədi daşıyan marafona onlar 4005 vakansiya təqdim ediblər.

Həmin vakansiyalar üzrə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarından artıq 1550-dən çox şəxs işlə təmin olunub.

Hazırda da vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir. 

“Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən “Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları 

https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.