Home » Mərkəzi Bank banklarla birgə ictimai birliklər üçün maarifləndirici vebinarlar keçirir

Mərkəzi Bank banklarla birgə ictimai birliklər üçün maarifləndirici vebinarlar keçirir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən rəqəmsal ödənişlərə dair maarifləndirmə və təbliğatın gücləndirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən iş yerlərində, eyni zamanda qeyri-hökumət təşkilatları və ictimai birliklərdə rəqəmsal ödənişlərə dair maarifləndirici vebinarlar keçirilir. Qeyd olunan Dövlət Proqramına əsasən bu tədbirlərin banklarla birgə, bank mütəxəssislərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulub.

Vebinarlar “Maliyyə Savadlılığı ayı” çərçivəsində cari ilin 3-4 noyabr tarixlərində “Regional İnkişaf” İctimai Birliyi və “Azərbaycan Gənclərinin Nailiyyəti /Junior Achievement Azerbaijan” İctimai Birliyinin əməkdaşları üçün keçirilmişdir. Vebinarlarda “Expressbank” ASC-nin əməkdaşları tərəfindən “Ödəniş kartları ilə əməliyyatlar” və “Pul köçürmələri” haqqında ətraflı məlumatlar verilmiş, mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Mərkəzi Bankın təşəbbüsü ilə ictimai birliklər və qeyri-hökumət təşkilatlarının əməkdaşları üçün rəqəmsal ödənişlərə dair, eləcə də müxtəlif dövlət və özəl təşkilatların, biznes strukturlarının işçi heyətinin maliyyə bilikləri və bacarıqlarının artırılmasına yönəlmiş tədbirlərin gələcəkdə də təşkil edilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.