Home » Mərkəzi Bank “Delta Capital” və “Zuhur” MMC-nin lisenziyasını dayandırıb

Mərkəzi Bank “Delta Capital” və “Zuhur” MMC-nin lisenziyasını dayandırıb

by Zeyneb
0 comments 5 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) “Delta Capital” MMC və “Zuhur” MMC-yə məxsus valyuta mübadiləsi məntəqələrinin lisenziyalarının qüvvəsini 1 ay müddətinə dayandırıb.

Qərar cari nəzarət tədbirləri nəticəsində aşkar edilmiş pozuntu halları ilə bağlı qəbul olunub. Belə ki, “Delta Capital” MMC-də icrası məcburi göstərişlərə əməl edilməməsi, “Valyuta mübadiləsi fəaliyyəti” ilə bağlı qaydaların bir sıra bəndlərinin və “Valyuta tənzimi haqqında” Qanunun tələblərinin təkrar pozulması müəyyən edilib. Bu səbəbdən quruma 08.12.2021-ci il tarixində verilmiş VMF-02 nömrəli lisenziyanın qüvvəsi 28 avqust 2025-ci il tarixindən etibarən 1 ay müddətinə dayandırılıb.

Oxşar pozuntu hallarına görə “Zuhur” MMC-yə 15.03.2022-ci ildə verilmiş VMF-03 nömrəli lisenziyanın da qüvvəsi 28 avqust 2025-ci il tarixindən etibarən 1 ay müddətinə dayandırılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.