
Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin IV rübü üzrə ev təsərrüfatlarının istehlak və yığım davranışları, borc yükü və borca xidmət imkanları ilə bağlı məlumatların toplanması məqsədilə “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” adlı sorğu keçirir.
Sorğu çərçivəsində ev təsərrüfatlarının istehlak və yığım meyilləri, borclanma səviyyəsi və borca xidmət imkanları, eləcə də inflyasiya gözləntiləri və bu gözləntilərə təsir edən amillər barədə məlumatlar toplanır. Əldə olunan məlumatlar makroiqtisadi və maliyyə göstəricilərinin təhlili və proqnozlaşdırılması, həmçinin pul siyasəti və maliyyə sabitliyi üzrə qərarların qəbulunda mühüm rol oynayır.
Qeyd edilib ki, respondentlərin daha geniş əhatə olunması məqsədilə sorğu 2025-ci ildən etibarən Mərkəzi Bankın rəsmi internet səhifəsində rəqəmsal formatda həyata keçirilir. Sorğunun rübdə bir dəfə olmaqla il ərzində 4 dəfə keçirilməsi nəzərdə tutulur.
Mərkəzi Bank bütün əhali qruplarını sorğuda fəal iştirak etməyə çağırır.
Sorğuda iştirak etmək üçün aşağıdakı keçiddən istifadə etmək mümkündür:
https://e-cbar.az/Survey/Info/203
Sorğunun doldurulması ilə bağlı izahedici videoçarx isə bu linkdə yerləşdirilib:
https://youtu.be/LNTs1i08Zw4




