
Mərkəzi Bank tərəfindən “İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı” çərçivəsində Bakı Slavyan Universitetində (BSU) keçirilən növbəti təlim sessiyası “Rəqəmsal fırıldaqçılıqla mübarizədə jurnalistikanın rolu” mövzusuna həsr olunub.
Təlim zamanı Mərkəzi Bankın Nağdsız ödənişlərin təhlili şöbəsinin böyük mütəxəssisi Elvin Cuvarov gənc jurnalistləri rəqəmsal fırıldaqçılıq növləri, onların baş vermə səbəbləri, eləcə də bu sahədə mövcud risklər və çağırışlar barədə məlumatlandırıb.
Bununla yanaşı, təlimçi gənc jurnalistlərlə rəqəmsal fırıldaqçılıqla bağlı xəbərlərin araşdırılması və məlumat təhlükəsizliyinin qorunması istiqamətində praktik tövsiyələrini paylaşıb.







