Home » Mərkəzi Bank “Meta-Kapital”ın lisenziyasını dayandırıb

Mərkəzi Bank “Meta-Kapital”ın lisenziyasını dayandırıb

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta mübadiləsi məntəqəsi – “Meta-Kapital” MMC-nin lisenziyanın qüvvəsini 1 ay müddətinə dayandırıb.

BBN.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, AMB tərəfindən “Meta-Kapital” MMC-də aparılan cari nəzarət prosesləri çərçivəsində verilmiş icrası məcburi göstərişə əməl edilmədiyi, “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.7-ci, 4.10-cu, 5.2-ci, 6.6-cı və 6.7-ci bəndlərinin tələblərinin pozulması, 3.6-cı, 4.7-ci və 6.5-ci bəndlərinin tələblərinin pozulmasının təkrar baş verməsi halları müəyyən edilib. Aşkar olunmuş pozuntu hallarının aradan qaldırılması və fəaliyyətin müvafiq qanunvericilik aktlarının tələblərinə uyğunlaşdırılması məqsədi ilə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci və 13-7.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Bankın qərarı ilə valyuta mübadiləsi əməliyyatlarının aparılması üçün “Meta-Kapital” MMC-yə verilmiş 13.05.2022-ci il tarixli, VMF-05 nömrəli lisenziyanın qüvvəsi 18.08.2025-ci il tarixindən 1 (bir) ay müddətinə dayandırılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.