Home » Mərkəzi Bank “Mpay” və “PulPal”a icrası məcburi göstərişlər verdi

Mərkəzi Bank “Mpay” və “PulPal”a icrası məcburi göstərişlər verdi

by Zeyneb
0 comments 2 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı “Mpay” QSC və “PulPal” MMC-yə təshih tədbirlərinin tətbiq edilməsi barədə qərar qəbul edilib.

Banker.az xəbər verir ki, bu barədə requlyatordan bildirir.

AMB tərəfindən “Mpay” QSC-də həyata keçirilən planlı yoxlama çərçivəsində aşkar edilmiş aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halları ilə əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunun 63.1-ci maddələrinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçulugun maliyyələşməsinə dair mübarizə, habelə nağd pulla işin təşkili və daxili nəzarət sistemlərinin gücləndirilməsi sahələrində çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilmişdir.

AMB tərəfindən həyata keçirilən digər cari nəzarət prosesləri çərçivəsində “PulPal” MMC-yə aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halının aşkarlanması ilə əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunun 63.1-ci maddələrinə əsasən daxili nəzarət funksiyasının təkmilləşdirilməsi, risklərin idarə edilməsi sisteminin qurulması, kadr potensialını gücləndirilməsi məqsədilə icrası məcburi göstərişlər verilmişdir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.