Home » Mərkəzi Bank tərəfindən Tərtər rayonunda vətəndaşların səyyar qəbulu keçiriləcək

Mərkəzi Bank tərəfindən Tərtər rayonunda vətəndaşların səyyar qəbulu keçiriləcək

by anar
0 comments 1 views 1 minutes read

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi davam etdirilir. Bu təşəbbüslər sırasında ölkə ərazisində səyyar vətəndaş qəbullarının keçirilməsi mühüm yer tutur.

Növbəti səyyar qəbul 5 fevral tarixində Tərtər rayonunda keçiriləcəkdir. Qeyd edilən tarixdə qəbul Ağcabədi, Ağdam, Ağdərə, Bərdə, Füzuli, Xocavənd, Xocalı, Şuşa və Xankəndi inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcəkdir.

Qəbul zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcəkdir.

Qeyd edək ki, qəbula dair müraciətləri Mərkəzi Bankın 966 Qaynar xətti və +994 55 966 19 66 “Whatsapp” nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.