Home » Mərkəzi Bank uçot faiz dərəcəsini endirib

Mərkəzi Bank uçot faiz dərəcəsini endirib

by anar
0 comments 7 views 1 minutes read

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.5%-dən 8.0%-ə, faiz dəhlizinin aşağı həddi 7.0%-dən 6.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.5%-dən 9.0%-ə endirilib.

BBN.az bu haqda AMB-yə istinadən xəbər verir.

“Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında izafi təklif nəzərə alınmaqla verilmişdir. Bu qərar 21 dekabr 2023-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı qәrarların 2024-cü il üzrə ictimaiyyətə açıqlanması qrafiki bu ilin sonunda yayımlanacaq”, – deyə AMB-dən qeyd edilib.

Əlavə edilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar inflyasiya mühitində xarici və daxili amillərdən asılı olaraq veriləcək: “Qərarlar qəbul edilərkən maliyyə bazarlarında, o cümlədən valyuta bazarında gedən proseslər də nəzərə alınacaq”.

Qeyd edək ki, noyabrın 1-dən etibarən (qərar noyabrın 2-dən qüvvəyə minib-red.) “Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 7.5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 10%-dən 9.5%-ə endirilib”

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.