Home » Mərkəzi Bank valyuta ehtiyatlarının rekord həddə çatmasının səbəbini açıqlayıb

Mərkəzi Bank valyuta ehtiyatlarının rekord həddə çatmasının səbəbini açıqlayıb

by anar
0 comments 2 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) rəsmi valyuta ehtiyatlarının son 8 ildə ən pik həddə yüksəlməsinin səbəbini açıqlayıb.

BBN.az xəbər verir ki, AMB-dən bildirilib ki, son 2 ildə profisitli tədiyə balansı və de-dollarlaşma proseslərinin davam etdiyi şəraitdə Mərkəzi Bankda keçirilən valyuta hərraclarının mütləq əksəriyyətində təklif tələbi üstələyib. Bu səbəbdən valyuta bazarında tarazlığın təmin olunması üçün fiskal əməliyyatlarla əlaqədar son aylar ərzində Mərkəzi Bank valyuta bazarına alışyönlü müdaxilə edib. Əvvəlki illərdə olduğu kimi alışyönlü müdaxilələr Mərkəzi Bankın valyuta ehtiyatlarının artması ilə nəticələnir.

“Ümumilikdə alışyönlü valyuta müdaxilələri nəticəsində pul bazasının izafi genişlənməsi pul siyasəti alətləri ilə məhdudlaşdırılır. Bu məqsədlə Mərkəzi Bank son bir ildə özünün sterilizasiya əməliyyatlarını əhəmiyyətli şəkildə aktivləşdirib və yeni alətlərin tətbiqinə başlayıb. Nəticədə cari ilin 9 ayında manatla pul bazasının artımı cəmi 2.5% olub” – AMB-nin açıqlamasında qeyd olunub.

Qeyd edək ki, bu il sentyabrın sonuna AMB-nin valyuta ehtiyatları 9 milyard 775.3 milyon dollara yüksəlib. Bu isə 2015-ci ilin fevral ayından indiyə kimi, yəni son 8 ildə qeydə alınan ən yüksək göstəricidir. Ümumilikdə isə Mərkəzi Bankın valyuta ehtiyatlarında 2017-ci ilin əvvəlindən bu ilin oktyabr ayına kimi artım dinamikası davam edib.

APA.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.