Home » Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub

Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub

by anar
0 comment 2 views 1 minutes read

Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımovun iştirakı ilə Qırğız Respublikasının Bişkek şəhərində Türk Dövlətləri Təşkilatının On Birinci Zirvə Görüşü çərçivəsində növbəti mühüm təşəbbüs Türk Dövlətləri Təşkilatına üzv ölkələrin “Türk Yaşıl Maliyyə Şurası”nın yaradılması barədə Memorandumun imzalanması olub. 

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Astana Maliyyə Mərkəzi, Qırğız Qiymətli Kağızlar Birjası və Türkiyə Qiymətli Kağızlar Təşkilatı arasında imzalanmış Memoranduma əsasən Şuranın əsas məqsədi üzv təşkilatlara yaşıl və dayanıqlı maliyyənin, ekoloji, sosial və idarəetmə faktorlarının nəzərə alındığı investisiyaların təşviqi istiqamətində məsləhət və konsultasiya xidmətlərinin göstərilməsidir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.