1
Ötən həftə Mərkəzi Bankın sədr müavini Əliyar Məmmədyarov Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüşüb. Görüş çərçivəsində fintex ekosistemini təmsil edən təşkilatların ötən rüb ərzində fəaliyyət nəticələri nəzərdən keçirilib.
Həmçinin rəqəmsal ödənişlərin təşviqi, Açıq bankçılıq sisteminin tətbiqi və fintexlərlə maliyyə sektorunun digər nümayəndələri arasında qarşılıqlı fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə sektor nümayəndələrini maraqlandıran məqamlar da cavablandırılıb.