Mərkəzi Bankın sədri Taleh Kazımov Beynəlxalq Maliyyə Korporasiyanın Avropa üzrə regional direktoru İnes Roşanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş çərçivəsində ölkəmizdə yaşıl iqtisadiyyata keçid üzrə müəyyənləşdirilmiş strateji prioritetləri, zəruri infrastrukturun formalaşdırılmasına yönəlmiş təşəbbüsləri və Mərkəzi Bankın dayanıqlı maliyyə üzrə gündəliyindəki mühüm məsələləri müzakirə edilib.
Həmçinin görüşdə qurumlar arasında ikitərəfli maraq doğuran məsələləri və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.