20
Mərkəzi Bankın sədri Taleh Kazımov ölkəmizdə səfərdə olan Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə yeni regional direktoru xanım Roland Prays və Azərbaycan üzrə ölkə meneceri xanım Stefanie Stallmeisterlə görüşmüşdür.
Görüş zamanı DB-nin Azərbaycandakı cari fəaliyyəti, həyata keçirilən layihələr və gələcək əməkdaşlıq perspektivləri, yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin (2024-2028) hazırlanması üzrə fikir mübadiləsi aparılmışdır. Eyni zamanda DB və Mərkəzi Bank arasında həyata keçirilən texniki yardım layihələri ətrafında müzakirələr edilmişdir.