Home » Mərkəzi Bankın 30 milyon manat həcmində 83 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Mərkəzi Bankın 30 milyon manat həcmində 83 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

10 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2030024700 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 83 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 13 investor tərəfindən qiymət intervalı 98.7478 (5.5%) manat və 99.0523 (4.15%) manat olan 20 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 66,793,500 manat olmuşdur. 

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.0410 (4.2%) manat, orta ölçülmüş qiyməti isə  99.0438 (4.19%) manat  olaraq müəyyən edilmişdir. 

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 01.02.2023-cü ildir. 

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.