Home » Mərkəzi Bankın nümayəndə heyətinin ABŞ-də işgüzar səfəri davam edir

Mərkəzi Bankın nümayəndə heyətinin ABŞ-də işgüzar səfəri davam edir

by anar
0 comments 3 views 1 minutes read

“Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) İllik Toplantılarının keçirildiyi ABŞ-nin Vaşinqton şəhərinə işgüzar səfərimiz başladı”.

BBN.az xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımov özünün LinkedIn sosial platformasında qeyd edib.

“Səfər çərçivəsində Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Antonella Bassani ilə görüşdük.

Görüş zamanı Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması istiqamətində görülən işləri və əhatə olunacaq strateji istiqamətləri müzakirə etdik. Görüşdə həmçinin DB tərəfindən həyata keçirilən layihələrin ölkəmizin inkişaf prioritetləri və planlarının reallaşdırılmasına verdiyi mühüm töhfəni vurğuladıq. Mərkəzi Bank və DB arasında əməkdaşlığın genişləndirilməsi imkanlarından da danışdıq”, – deyə sədr qeyd edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.